Siyasət

SON DƏQİQƏ– Putin Ərdoğana CAVAB VERDİ

SON DƏQİQƏ- Putin Ərdoğana CAVAB VERDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəşəriyyətin taleyinin hazırda İkinci Dünya müharibəsində qalib gələn və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin dar dairəsindən asılı olması fikri ilə razılaşmadığını deyib.

Kanal.az TASS-a istinadla xəbər verir ki, Putin Valday Beynəlxalq Klubunun iclasının moderatorunun sualını cavablandırarkən Ərdoğanın bu cür bəyanatının səbəbini anladığını deyib: “Görünür, o, hesab edir ki, Türkiyə də Təhlükəsizlik Şurasının daimi üzvü ola bilər. Ancaq bu məsələni Rusiya həll etmir. Bu məsələlər konsensus əsasında həll edilir”.

Putin bir sıra ölkələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri siyahısına salınması məsələsinin qaldırılmasını ədalətli sayır. “Burada müxtəlif həll yolları mümkündür”, – deyə Putin bildirib.