Ukraynanın Şamaxı şəhərində Fəxri konsulluğu fəaliyyətini dondurub.
Bu barədə İnterpress.az-ın redaksiyasına Azərbaycanda yaşayan bir qrup ukraynalıdan məlumat daxil olub.
Qeyd olunub ki, artıq 3 aya yaxındır ki, Rusiyanın Ukrayna ərazisində apardığı işğalçılıq müharibəsinə bu ölkənin Azərbaycanın Şamaxı şəhərində yerləşən Fəxri konsulluğu heç bir münasibət bildirməyib.
Fəxri Konsul Mehralı Qasımovun fəaliyyətindən şikayətçi olan bir qrup şəxs bildirib ki, konsulluq işə başlayandan onun heç bir fəaliyyəti yoxdur. İddialara görə, M.Qasımovun fəxri konsul kimi işə başlaması sadəcə olaraq diplomatik toxunulmazlığa, “qırmızı” nömrəli avtmobillərdə gəzməyə, öz biznesini genişləndməyə və onu qorumağa nail olmaqdan ibarətdir.
Həmçinin iddia olunur ki, o, diplomat donunda SOCAR-da yüksək vəzifədə işləyən atasının çirkli pullarını leqallaşdırmağa çalışır.
Daxil olan məlumatlarda qeyd olunub ki, M.Qasımov Ukraynanın Xarkov vilayətinə konsul vəzifəsinə təyin olunmaq üçün səy göstərir və hətta Xarkovda hazırkı konsulun fəaliyyətinə kölgə salmaqla məşğuldur.
Məlumata görə, M.Qasımovun fəaliyyətsizliyi ilə bağlı Ukrayna Xarici İşlər Nazirliyinə müraciət də olunub.
Follow @7timesaz