SSRİ liderlərinin xanımlarının əksəriyyəti xarici görünüşcə heç də gözəl olmayıb.
Ərləri isə xanımlarını gözəlliyinə görə deyil, tamamilə fərqli keyfiyyətlərinə görə – enerjisinə, zəkası, müstəqil xasiyyətinə, sədaqətinə görə onlara dəyər verib.
Nadejda Krupskaya
Krupskaya Leninlə marksist yığıncaqlarının keçirildiyi gizli evdə tanış olub. Dörd il sonra Şuşenskoye kəndində ailə qurublar. Hansı ki Nadya həmin kənddə sürgün həyatı yaşayırdı. Məcburi şərait Lenin və Krupskayanı ateist baxışlarını və azad, inqilabi məhəbbət haqqında fikirlərini aşıb kilsə nikahına girməyə məcbur edib.
Natalia Sedova
Natalya Sedova Lev Trotskinin vətəndaş nikahında olan ailəsi idi. İti zehni olan qeyri-adi dərəcədə gözəl qadın idi. 1901-ci ildə inqilabi fəaliyyətinə görə Natalya Parisə mühacirət etməli olur və burada Sorbonnada sənət tarixi kursu alır. O, gələcək həyat yoldaşı ilə dünyanın ən romantik şəhəri olan Parisdə tanış olur.
Nadejda Alliluyeva
Nadejda Alliluyeva Stalinlə 1917-ci ildə, cəmi 17 yaşında olarkən tanış olub. Deyirlər ki, Nadya ilə münasibətə görə Stalin inqilabı “əldən verib”. Onlar 1918-ci ildə evləniblər. Nadejda güclü və müstəqil xarakterə mailk bir qadın olub. O, hökmran ərinin soyadını götürməkdən qəti şəkildə imtina edib və tez-tez onun hərəkətlərini tənqid edib.
Nina Beriya
Nina Kreml arvadları arasında ilk gözəl xanım kimi tanınıb. Nina yeganə şəxs olub ki, Beriyaya qarşı ən dəhşətli ittihamlar sürülsə də, ondan imtina etməyib.
Nina ərinə fövqəltəbii sadəqətini sonadək nümayiş etdirib.
Nina Xruşşova
Nina Petrovna kifayət qədər savadlı qadın idi, bir neçə xarici dil bilirdi və ictimai fəaliyyətdə aktiv iştirak edərdi. Buna baxmayaraq, o, nadir hallarda əri ilə ictimaiyyət qarşısına çıxardı. Baxmayaraq ki, onun mətbuatdakı çıxışı əsl sensasiya yaradıb. Söhbət, əlbəttə ki, Xruşşovanın Jaklin Kennedi ilə çəkilmiş məşhur fotoşəkilindən gedir.
Viktoriya Brejneva
Sov.İKP Mərkəzi Komitəsinin birinci katibinin həyat yoldaşı kimi Viktoriya Brejneva siyasətdən çox uzaq idi. O, nadir hallarda ərini ictimai tədbirlərə müşayiət edərdi. Amma o, ev işlərini və ailənin qayğısına qalmağı çox yaxşı bacarırdı.
Raisa Qorbaçova
Kremlin digər xanımlarından fərqli olaraq, Raisa Maksimovnanı həqiqətən də ölkənin birinci xanımı adlandırmaq olar. Gözəl, ağıllı və təhsilli. O həmişə zövqlə geyinib-keçinib. O, xaricdə əsl maraq doğurardı. Bəlkə də onun sayəsində idi ki, Qərbdə Qorbaçov barəsində belə müsbət reputasiyası formalaşmışdı.
Ölkə.Az
Follow @7timesaz