Siyasət

“Sülhməramlılara arxayın olmamalıyıq” – Siyavuş Novruzov

“Sülhməramlılara arxayın olmamalıyıq” – Siyavuş Novruzovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim əsgərlər muzdlu hərbçilər deyil. Onlar özləri könüllü şəkildə döyüşə, Vətənin müdafiəsinə gediblər. Otuz ildən artıq içlərindəki Vətən, torpaq eşqinə görə, vuruşublar, döyüşüblər”. 

7times.az Etikxeber.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.

Regional məsələlər komitəsinin sədri telekanallara iradını bildirib. Qeyd edib ki, şəhidlər, şəhid ailələri və qazilərlə bağlı verilişlər, süjetlər hazırlanarkən, maddiyyat məsələsi önə çəkilməməlidir:

“Onların əməyini, zəhmətini maddiyyatla kiçiltmək lazım deyil. Onların maddi problemləri var və həllini tapmalıdır, hamımız bunu istəyirik, zaman-zaman da bu istiqamətdə addımlar atılıb və atılacaq. Ancaq bu məsələdə mənəvi məqamları qabartmaq lazımdır. Biz sülhməramlılara da arxayın olmamalıyıq. Öz əgərimizə arxalanırıq, inanırıq və o özü hər şeyi yoluna qoyur və qoyacaq”.