Manşet

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil ediləcək – Sərəncam

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil ediləcək – Sərəncambackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında sərəncam imzalayıb.

7times.az xəbər verir ki, sərəncama əsasən, Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilir.

Məhkəmə-Hüquq Şurasına tövsiyə edilir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasını müəyyən etsin.

Nazirlər Kabineti Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onun bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görməlidir, maliyyə təminatı Ədliyyə Nazirliyi vasitəsilə həyata keçirilən məhkəmə aparatları işçilərinin ümumi sayının artırılmasını təmin etməlidir, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.