Sumqayıtda avtomat silah və sursatlar aşkarlanıb.
Şəhərin 15-ci məhəllə ərazisində aparılan baxış zamanı 1 ədəd “Kalaşnikov RPK-74” markalı avtomat silahı, həmin silaha aid 1 ədəd daraq, 40 ədəd 7,62 mm-lik patron və 30 ədəd 5,45 mm-lik patron aşkar edilib.
Silah və sursat aidiyyəti üzrə müvafiq qurumlara təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.