Hadisə

Sürücü maşını kanala aşırdı – Anası öldü, ailəsi xəstəxanalıq oldu

Sürücü maşını kanala aşırdı – Anası öldü, ailəsi xəstəxanalıq oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

7times.az-ın məlumatına görə, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, Ağsu rayon sakini, 1993-cü il təvəllüdlü Cəfərov Səbuhi Mehman oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən qəflətən idarəetməni itirərək, yolun kənarındakı su kanalına aşıb.

Hadisə zamanı sürücünün anası 1965-ci il təvəllüdlü Cəfərova İrayə Cəfər qızı hadisə yerində ölüb.

Digər sərnişinlər – Ağsu rayon sakinləri Cəfərova Mehriban Rəhman qızı, Qasımova Sona Rəhman qızı, Qasımov Pünhan Mənsur oğlu və Qasımova Zəhra Mənsur qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. qafqazinfo