Cəmiyyət

Sürücülərin gediş haqqını artırmaq tələbi qanunidir? – Sərnişinləri çaşdıran TARİF – FOTO

Sürücülərin gediş haqqını artırmaq tələbi qanunidir? – Sərnişinləri çaşdıran TARİF – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Koroğlu-Buzovna xətti üzrə hərəkət edən 107 saylı avtobus marşrutunun özünəməxsus gediş tarifləri müəyyənləşdirdiyi haqqında məlumat yayılıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Trend”ə bildiriblər ki, “Ayşən-LTD” MMC-nin istismarında olan 107 saylı müntəzəm marşrut xətti üzrə avtobuslarda gediş haqqı tarif şurasının müvafiq qərarına əsasən, məsafəyə uyğun olaraq müəyyən edilib.

Bildirilib ki, bu xətt üzrə Buzovna qəsəbəsi (Əli Ayağı ziyarətgahı) – “Koroğlu” NMM və əks istiqamətdə gediş haqqı 0,60 manat, Buzovna qəsəbəsi (Əli Ayağı ziyarətgahı) – Sabunçu qəsəbəsi 0,50 manat, Buzovna qəsəbəsi (Əli Ayağı ziyarətgahı) – Maştağa Zabrat yolu istiqamətində isə gediş haqqı 0,40 manatdır. Daşıyıcı da bu qərara əsasən, avtobusun salonunda müvafiq məlumatları yerləşdirib.

Qeyd edək ki, 107 saylı müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi hələ nağd formada həyata keçirilir.