Hadisə

Sürücünü vuran sərnişin 30 gün həbs edildi

Sürücünü vuran sərnişin 30 gün həbs edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

13 nömrəli marşrut avtobusunda ona maska taxmasını deyən sürücünü vuran sərnişinin cəzası bəlli olub.

7times.az-ın verdiyi xəbərə görə, sürücünü vuran Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nehmətli İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə təqsirli bilinərək Nərimanov rayon məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs edilib.

O, polis idarəsində saxlanılarkən bu hərəkətinə görə peşman olduğunu bildirib və üzr istəyib.