Siyasət

“Şuşa döyüşsüz təhvil verilməli idi” – Paşinyandan etiraflar

“Şuşa döyüşsüz təhvil verilməli idi” – Paşinyandan etiraflarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu qərar döyüşlərin artıq mənasız olduğu bir vaxtda verildi”.

7times.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı, Moskva və İrəvan arasında Qarabağda müharibənib dayandırılması barədə imzalanan üştərəfli razılaşmaya münasibət bildirərkən deyib.

Paşinyan əlavə edib ki, müharibənin əvvəlində döyüşlərin mənasız olacağı reallıq yox idi. Lakin sonradan artıq müqavimət göstərmək mənasız işə çevrilib.

“Baxın, 3 bölgəni geri qaytarmağın labüd olduğunu hamımız qəbul edirik. Ancaq təsəvvür edin  müharibə vəziyyətində bu hansı dərəcədə ağrılı olardı. Başqa sözlə, bu qərar döyüşlərin artıq mənasız olmasının açıq-aşkar göründüyü vəziyyətdə verildi. Bundan əvvəl mübarizənin mənasız olacağı bir vəziyyət yox idi.

Ordumuz həqiqətən sona qədər, son saniyəyə qədər vuruşdu. O günlərdə mənə təcili olaraq dayanmalı olduğumu söylədilər. Əlbəttə ki, bundan əvvəl hərbi potensialla bağlı problemlər var idi, ancaq bu problemləri həll etməli olduq – tədarük, hava hücumundan müdafiə və s. Lakin cəbhədə vəziyyət gərginləşəndə qarşımıza bu cür vəzifə qoymağın mənasız olduğunu başa düşərək bu qərarı verdik”, – deyə Baş nazir bildirib.

O qeyd edib ki, Şuşanın itirilməsindən əvvəl müharibəni bitirmək üçün mümkün olan bütün ssenarilərdə bu şəhər döyüşsüz təslim edilməli idi.

“Bunu indi deyirəm və ortada sui-qəsd planın olduğunu başa düşürəm. Məsələn, mən dedim bunu edə bilmərəm Çünki Şuşanın xüsusi bir mənası var”, – deyə Paşinyan bildirib.yenisabah.az