“Biz bu ilin yanvarında Prezidentlə olan görüşümüzdə razılığa gəldik ki, 2022-2023-cü illərdə Şuşanı Türk dünyasının mədəniyyət paytaxtı elan edək”.
7Times.az xəbər verir ki, bunu REAL-a müsahibəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev deyib.
O bildirib ki, Şuşa bütün Türk dünyası üçün əsas şəhər olacaq:
“Biz hazırda bu istiqamətdə böyük proqram hazırlayırıq. Böyük tədbirlər keçirəcəyik. Buraya mədəni tədbirlər, o cümlədən, mədəni xarakterli konfranslar daxil olacaq.
Amma ən əsası, Şuşada dağıdılmış mədəni obyektlərin müştərək səylərimizlə bərpasına hazırlaşırıq. Bu prosesdə Türk Şurasının himayəsi altında olan bütün üzv ölkələr iştirak edəcək”.
Follow @7timesaz