Sentyabrın 7-də bir qrup keçmiş məcburi köçkünü aparan karvan Şuşaya çatıb.
7times.az xəbər verir ki, Şuşaya qayıdan daha 27 ailəyə evlərinin açarları təqdim olunub. Beləliklə, 91 nəfər Şuşa sakini bu gün doğma yurduna qovuşub.
Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.
Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar. Doğma yurda qayıdan Şuşa şəhər sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Qeyd edək ki, indiyədək Şuşa şəhərində 204 ailənin, yəni 763 nəfərin daimi məskunlaşması təmin edilib.
Follow @7timesaz