Ölkə

Tahir Kərimlidən müxalifətə SƏRT İTTİHAM: “Siz kimsiniz özünüzü İlham Əliyevə tay tutursunuz?” – VİDEO

Tahir Kərimlidən müxalifətə SƏRT İTTİHAM: “Siz kimsiniz özünüzü İlham Əliyevə tay tutursunuz?” – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəli, bu gün İlham Əliyevin alternativi yoxdur. Siz, müxalifət vaxtı ilə Surət Hüseynovun qabağında dovşan kimi qaçanda bütün şanslarınızı əldən verdiniz”.

7times.az xəbər verir ki, bu sözləri parlamentin bu gün keirilən plenar iclası zamanı millət vəkili Tahir Kərimli bəzi müxalifət partiyalarının ona etdikləri təhqirlərə cavab olaraq bildirib.

O, qeyd edib ki, bu gün AXCP, Müsavat onları xəyanətdə, hakimiyyətə işləməkdə, Prezidenti dəstəkləməkdə ittiham edir.

“Bəli, biz bu gün Azərbaycandakı problemləri həll edə biləcək şəxsin ətrafında birləşib, onu dəstəkləyirik. Çünki bu gün Azərbaycandakı problemləri həll edəcək şəxs varsa, o da İlham Əliyevdir”, – deyə o, bildirib.

T. Kərimli əlavə edib ki, vaxtı ilə AXCP və Musavat qərbdəki ağaları ilə alver edib, onların xeyir-duası ilə parlamentdə təmsil olunublar:

“O zaman da Müsavat AXCP-ni, AXCP-də Müsavatı parlamentdə təmsil olunduğuna görə xəyanətdə ittiham edirdilər. İndi siz parlamentə düşməmisiniz deyə, bizi xəyanətdə ittiham edirsiniz. Siz bunu görməyəcəksiniz. Bacarmadınız”.

Tahir Kərimlinin çıxışından maraqlı digər hissəsləri də təqdim edirik:bizim.media