Aktual

“Tam qələbəyə zəmanət verən strateji qərarlar verilib” – “Rusiya üçün hər ay Çeçenistanda yaşadığı 10 ildən pis olacaq”

“Tam qələbəyə zəmanət verən strateji qərarlar verilib” – “Rusiya üçün hər ay Çeçenistanda yaşadığı 10 ildən pis olacaq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“NATO Rusiya ordusunun tam məhv edilməsi və işğal edilən torpaqlarımızın azad edilməsi üçün Ukraynaya nə qədər silah lazımdırsa, verəcək!”

“AzPolitika.info” xəbər verir ki, bunu tanınmış ukraynalı hərbi jurnalist, “Senzor.net” portalının baş redaktoru Yuri Butusov öz Almaniyada “Ramşteyn” hərbi bazasında 43 ölkənin hərbi komandanlarının iştirakı ilə keçirilən görüşdə verilən qərarları şərh edərkən deyib.

“Ukrayna ordusunu və xalqını təbrik edirəm. Bütün əziyyətlərimiz, itkilərimiz, sonda dünyanın rəyini xeyrimizə dəyişdi, ən böyük, ən güclü dövlətlər Ukrayna ilə bir cəbhədə döyüşməyə qərar verdilər” -deyə, bloqçu qeyd edib.

Butusov əlavə edib ki, NATO və strateji tərəfdaş ölkələrin müdafiə nazirlərinin konfransında Rusiya ordusunun Ukraynada məhv edilməsi və müharibədə tam qələbəyə zəmanət verən strateji qərarlar verilib: “Bu, Ukraynaya Rusiya ordusunda olmayan müasir növ silahların faktiki olaraq məhdudiyyətsiz tədarükü deməkdir. NATO ölkələri müasir zenit qurğuları və hava hücumundan müdafiə sistemləri, uzaq hədəfləri vura biləcək idarəolunan raketləri, yüksək səviyyəli artilleriyanı, çoxsaylı sursat, zərbə dronları və korreksiya avadanlıqları verəcək. Bütün bunlar yaxın aylarda daha yaxşı silahlanıb təşəbbüsü tamamilə ələ keçirməyə imkan verəcək”.

Hərbi jurnalist qeyd edir ki, Ukrayna ən müasir silahları və lazımi sayda sursatları əldə edəndən sonra Rusiya üçün hər ay Əfqanıstan və Çeçenistanda yaşadığı 10 ildən pis olacaq: “Bu arada Ukrayna ordusu və bütün müdafiə qüvvələrinin Şərq cəbhəsində döyüşən hissələri ciddi silah çatışmazlığı ilə üzləşir. Buna baxmayaraq, hər fürsətdə irəli getməyə çalışırıq. Bu günə qədər Rusiya ordusunun tank, artilleriya və sursat üstünlüyü davam edir. Amma onlar heç nə edə bilməyəcəklər, çünki ukraynalılar düşmənə hər addımın bədəlini ödədir və işğalçılara böyük itkilər yaşadır. Ukrayna ordusunun taktikası və döyüş bacarığı düşməndən yüksəkdir, silahlar gələndən sonra isə vəziyyət tədricən dəyişməyə başlayacaq”.

Butusov vurğulayır ki, işğalın 63-cü günündə NATO-dan belə inam və dəstək qazanmaq üçün minlərlə ukraynalı həlak oldu, ölkənin şərqindən cənubuna qədər hər yerdə vətənpərvərlərin qanı töküldü. 

“Amma nəhayət, həftələr sonra olsa da əsgərlərimiz gözlədikləri dəstəyi əldə edə biləcəklər”, – o qeyd edib.