Ölkə

TƏBİB şəkərli diabet xəstələri ilə bağlı MƏLUMAT YAYDI

TƏBİB şəkərli diabet xəstələri ilə bağlı MƏLUMAT YAYDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəkərli diabet xəstələri ilə bağlı bəzi suallar gündəmdədir.

 

7Times.az  bildirir ki, bunlardan biri də həmin xəstələr üçün nəzərdə tutulan insulinin aylıq həcmi ilə əlaqəlidir. Bununla bağlı TƏBİB Nazirlər Kabinetinin qərarına istinad edib.

 

“”Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı”nın və “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, insulindən əziyyət çəkən şəkərli diabet xəstələrinə nəzərdə tutulan insulinin həcmi aylıq maksimal 1200 təsir vahidi, müxtəlif tərkiblərdən ibarət olan dərman həblərinin yekun cəmi isə 60-dır”, – qurumdan bildirilib.