Hüquq-mühafizə orqanlarının əməkdaşları Dağıstanın paytaxtı Mahaçqalanın mərkəzində, Korkmasov və Radişşov küçələrinin kəsişməsində yerləşən universitetin meydanını bağlayıblar.
7Times.az TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin Lenin rayonunun teleqram kanalında dərc olunan məlumatda deyilir.
Administrasiyadan verilən məlumata görə, Mahaçqala sakinlərindən evlərini tərk etməmək xahiş olunur:
“Lenin rayonunun hörmətli sakinləri! Şəhərdə yenə gərginlik var. Gecə saatlarında çölə çıxmaqdan çəkinməyinizi xahiş edirik. Diqqətli və ayıq olun”.
Məlumata görə, ərazi mühasirəyə alınıb və orada bir neçə polis dəstəsi var.
Follow @7timesaz