Cəmiyyət

Təhsil Nazirliyinin yeni qərarlarının qısa – İZAHI

Təhsil Nazirliyinin yeni qərarlarının qısa – İZAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi məktəblərdə təhsilin əyani formada təşkili ilə bağlı bu gün bir sıra qərarlar açıqlayıb.

7times.az həmin qərarların qısa icmalını təqdim edir:

Fevralın 8-dən:

Rayonlarda I-IX siniflər üçün üz-üzə dərslər başlayır. (Bakı, Sumqayıt, Abşeron istisna olmaqla)

Şagirdlər arasında ən azı 1.5 metr məsafə olan məktəblərdə I-IX siniflər həftədə 5 dəfə

Şagirdlər arasında 1,5 metr məsafə olmayan məktəblərdə I-IX siniflər həftədə 3 dəfə.

Fevralın 15-dən:

Bakı, Sumqayıt  və Abşeronda:

Məktəbəqədər hazırlıq dərsləri həftədə 2 dəfə;

İbtidai siniflər həftədə 3 dəfə;

V-IX siniflər həftədə 2 dəfə;

Xüsusi məktəblərdə I-IX siniflər üzrə həftədə 5 dəfə əyani dərslər başlayır.

Bağçalar açılır (həftədə 5 gün)

Ali məktəblərdə, texnikum və peşə məktəblərində də praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə təhsil əyani formada bərpa olunur. Bura laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda  əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi aiddir (tibb, yaradıcılıq, mühəndislik və s.)