Ölkə

Tələbələr üçün qeydiyyat müddəti UZADILDI

Tələbələr üçün qeydiyyat müddəti UZADILDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslərin //portal.edu.az/  platforması vasitəsilə qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən 7Times.az -a bildirilib ki, əsas yerləşdirmədən sonra ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslərin qeydiyyat müddəti uzadılıb və 20 sentyabr saat 18:00-dək davam edəcək.

Birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər göstərilən vaxtadək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Məlumat üçün qeyd edək ki, hazırda ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan şəxslərin də portal vasitəsilə qeydiyyatı davam edir

Qeydiyyat prosesi tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əsas yerləşmə üzrə 25 sentyabr saat 18:00-da, bakalavriat səviyyəsinin boş qalan yerlərinə əlavə yerləşmə üzrə 20 sentyabr saat 18:00-da, rezidentura səviyyəsinin boş qalan yerlərinə əlavə yerləşmə üzrə isə 18 sentyabr saat 18:00-da başa çatacaq.