Ölkə

Təyyar Eyvazovdan əhaliyə buster doza ilə bağlı ÇAĞIRIŞ

Təyyar Eyvazovdan əhaliyə buster doza ilə bağlı ÇAĞIRIŞbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Elə xəstəliklər var ki, onlara qarşı vurulan peyvənd insan orqanizmində ömürlük immunitet yaradır. Lakin koronavirusa qarşı vurulan peyvənd eyni cür effekt vermir”.

7times xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin sosial şəbəkə hesabındakı canlı yayımda sualları cavablandırarkən deyib.

O bildirib ki, COVID-19 infeksiyasına yoluxub sağaldıqda qazanılan və vaksinasiya nəticəsində yaranan süni immunitet zamanla zəifləyir:

“İndividual olaraq vaksindən sonra orqanizmdə anticisimlərin miqdarı ölçülə bilir. Ümumilikdə anticisimlərin müəyyən zamandan sonra zəiflədiyi öyrənilib. Bunu nəzərə alınaraq, buster dozanın tətbiqi tövsiyə edilir. Azərbaycan peyvəndin buster dozasını tətbiq edən ilk ölkələr sırasındadır.

Aparılan araşdırmalar göstərib ki, xüsusilə 50 yaşdan yuxarı və xroniki xəstəliyi olan insanlarda peyvənd nəticəsində yaranan immunitetin kifayət qədər zəifləməsi müşahidə edilir. Bilirik ki, risk qrupuna daxil olan şəxslərdə, eləcə də həkimlərdə immunitet zəifləyərsə, yoluxma arta bilər. Onlar yoluxduğu zaman xəstəliyi ağır keçirə bilərlər. Bunların baş verməməsi üçün etibarlı müdafiə tələb edilir. Qüvvətləndirmə üçün buster doza ilə immun sistemini yenidən gücləndirmək olar. Biz də əhalini özlərini daha yaxşı qorunma üçün buster doza vurdurmağa səsləyirik”.//Oxu.Az