Mayın 18-də evdən çıxaraq bir daha geri qayıtmayan Tovuz rayonu Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsanə Tağıyeva barədə yeni məlumat əldə etmişik.
Reportyor.info xatırladır ki, Əfsanə Tağıyevanın evdən çıxaraq bir daha geri qayıtmaması barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirlir ki, Əfsanə Tağıyevanın boyu 155 sm, gözlərinin rəngi qara, saçları qara və qısadır. Orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli qısaqol köynək və sarı rəngli ayaqqabı olub.
Əldə etdiyimiz məlumata görə, Əfsanə Tağıyeva yerli məmurlardan birinin yaxın qohumudur. İddialara görə, o, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin qızıdır.
Məlumatda həmçinin bildirilir ki, Əfsanə Tağıyevanın axtarışları davam edir. Onun evdən qaçdığı barədə də ehtimallar var.