Müğənni Xatun Əliyeva oğlu Adilin bir neçə gün əvvəl baş tutan toy məclisə pul yazdırmayan məşhur haqda danışıb.
Sənətçi bu haqda “Zaurla Günaydın” proqramında söz açıb. Aparıcının “Olub ki, toyuna gedib yaxşı pul yazdırmısan, amma o gəlib sənə çox az pul yazdırıb” sualını belə cavablandırıb:
“Olub ki, gəlib, ümumiyyətlə, toya pul saldırmayıb. Olsun, heç nə demədim, nə deyim? Mən pulu düşünərək toy etməmişəm. Biri də olub, toyuna 2 min manat yazdırmışdım, gəlib 200 manat yazdırıb. Bilmirəm niyə elə edib. Pis oldum, dedim, yəqin, pulu olmayıb. Yazdırdığını qaytarmaq istəyirdim”.
Qeyd edək ki, Adil Gülnar adlı xanımla ailə qurub.