Amerikanın keçmiş lideri Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətdə olduğunu deyib.
7Times.az xəbər verir ki, bu barədə Tramp “Impaulsive” yutub kanalına müsahibəsində bildirib.
“Düşünürəm ki, hər şey çox yaxşıdır. Baxmayaraq ki, mən olduqca sərt idim”, – deyə o bildirib.
Eks-prezident əlavə edib ki, o, Çin Xalq Respublikasının Sədri Si Cinpinə də hörmət edir: “Maraqlı odur ki, mənim üçün güclü insanlarla münasibət qurmaq zəiflərlə münasibət qurmaqdan daha asandır”.
Follow @7timesaz