Dünya

Trampa İsrailin ən yüksək mülki mükafatı təqdim ediləcək

Trampa İsrailin ən yüksək mülki mükafatı təqdim ediləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Prezidenti İsaak Hersoq amerikalı həmkarı Donald Trampa Qəzzadan girovların azad edilməsinin təmin edilməsində və müharibənin dayandırılmasında köməyinə görə ölkənin ən yüksək mülki mükafatını təqdim edəcək.

“Report”un “Əl-Ərəbiyə”yə istinadən verdiyi məlumata görə, bu barədə İsrail Prezidentinin ofisi tərəfindən yayılmış bəyanatda deyilir.

“Donald Trampa mükafatı təqdim etmək mənim üçün böyük şərəf olacaq”, – İ.Hersoq qeyd edib.

İsrail Prezidenti bildirib ki, mükafat yaxın aylar ərzində təqdim ediləcək və o, bu gün qərarını Trampla bölüşəcək.