Dünya

Tualetə gedən uşağı pələng parçaladı

Tualetə gedən uşağı pələng parçaladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Karnataka ştatında tualetə gedən yeniyetməni pələng öldürüb.

7Times.az lent.az-a istinadla bildirir ki, səhər saatlarında Liiankere qəbilə kəndinin Qaneş adlı 13 yaşlı sakini evdən 100 metr aralıdakı tualetə gedib.

Oğlan müəyyən müddət ərzində qayıtmadıqda, ailə axtarışa çıxıb və cəsədini meşədə tapıblar.

Yerli sakinlər yaxınlarda həmin ərazidə pələngə rast gəliblər. Onlar yeniyetməyə məhz pələngin hücum edərək parçaladığını iddia edirlər.

Ölənin valideynləri, 5 bacısı və 4 qardaşı qalıb.