Məşhur türk aktrisası Tuba Büyüküstün qızları Maya və Toprakla birlikdə İstanbulu tərk edib.
Demokrat az xəbər verir ki, sənətçi əkizləri ilə birlikdə Fransada məskunlaşıb.
Paytaxt Parislə bağlı “Elle” jurnalına müsahibə verən 39 yaşlı aktrisa bunları deyib:
“Hazırda qızlarımıza buradayam, amma nə qədər qalacağımıza dair bir plan qurmamışam . Parisi çox sevirəm və burada özümü İstanbuldakı kimi evimdə hiss edirəm. Qızlar məktəbə gedir, mən də burada gündəlik işləri həll edirəm”.
Qeyd edək, Tuba Büyüküstün 2011-ci ildə aktyor Onur Saylaqla ailə həyatı qurmuşdu. Onlar 2017-ci ildə isə boşanıblar. Cütlüyün bu izdivacdan əkiz qızları var. /HaberGlobal