Ölkə

Tural Abbaslı seçkilərdə kimə səs verəcək? – Özü AÇIQLADI

Tural Abbaslı seçkilərdə kimə səs verəcək? – Özü AÇIQLADIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 7-də növbədənkənar prezident seçkiləri keçirləcək. Seçkilərdə hazırkı Prezident İlham Əliyev, Milli Məclisin deputatları, Zahid Oruc, Fazil Mustafa, Razi Nurullayev, eləcə də Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyev mübarizə aparacaq.

 

Bir sıra partiya sədrləri növbədənkənar prezident seçkilərində namizəd olmaq istəmədilər. Eləcə də Ağ Partiyanın sədri Tural Abbaslı da seçkilərdə iştirak etməyəcək.

 

Bəs, Ağ Partiyanın sədri kimi dəstəkləyəcək?

 

Modern.az bununla bağlı partiya başqanının özü ilə əlaqə saxlayıb.

 

Ağ Partiyanın sədri Tural Abbaslı saytımıza açıqlamasında partiya olaraq heç kəsi rəsmən dəstəkləmədiklərini söyləyib:

 

“Partiya olaraq rəsmən heç bir namizədi dəstəkləmirik. Partiyanın qərarına əsasən hər bir üzv istədiyi namizədi dəstəkləməkdə sərbəstdir. Mənim namizədlər arasında dostlarım da var. Ona görə də şəxsən kimi dəstəkləyəcəyimlə bağlı mövqeyimi şişirtmək istəmirəm. Namizədlərin hamısı ilə şəxsi münasibətlərim var. Siyasi etiket baxımından bunu etik saymıram. Lakin bununla bağlı bir dəfə fikrimi bildirmişəm ( Tural Abbaslı internet televiziyalarından birində qonaq olarkən namizəd olmayacağı təqdirdə İlham Əliyevi dəstəkləyəcəyini söyləmişdi – Red.). Görək, hələ seçki gününə var. Hətta mən bu mövqeyi səsləndirəndə hələ namizədlər tam təsdiqlənməmişdi. Məlum məsələdir. İndi mən bunu qeyd edəndə bəziləri yazacaq ki, Ağ Partiya filankəsi seçdi. Məsələ yanlış anlaşılır. Ona görə də bu barədə indi nəsə demək istəmirəm”.

Bəs, Ağ Partiyanın parlament seçkilərinə hazırlığı necə gedir?

 

“Hansı partiyanı danışdırsan deyir ki, bizdən yoxdur. Əslində isə bu gün Azərbaycanda partiya standartlarına cavab verən iki partiya var: YAP və Ağ Partiya. Biz prezident seçkiləri elan olunmamışdan parlament seçkiləri ilə bağlı proseslərə başlamışdıq. Partiyadaxili öz namizədlərimzi bəlli etmək üçün müəyyən anketlər edirik. Proses davam edir. 125 dairədən hansı partiya üzvləri iddialıdır, hansı kriteriyaları var hamısı nəzərə alınır. Namizədliyə namizədlərin siyashısı hazırlanır. Yəqin ki, yaxın vaxtlarda  dairələr üzrə namizədləri özümüzü üçün müəyyənləşdirəcəyik. Paralel olaraq, parlament seçkilərində verilən dairələr üzrə müşahidənin təmini, təbliğat və təşviqatın təşkil olunması var. O üzrə də təşkilatın  strukturlaşması üzrə işləyirik.Təşkilati işlərlə, namizədlərin müəyyənləşdirilməsi prosesi paralel gedir.Düzdür, açıq-aşkar pafoslu təbliğat getmir, lakin hər halda daxili işlər gedir”, – o qeyd edib.