“Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü kimi artıq masadadır. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində proseslərin başlamasının ilk günündən yaxından iştirak edir”.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Türkiyə Cənubi Qafqazla qonşu ölkədir:
“Burada baş verən gərginliklər Türkiyəni də ciddi narahat etməkdədir. Türkiyə hər bir fürsətdə Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsində öz səylərini davam etdirir.
Hesab edirik ki, istər Minsk Qrupu formatı, istərsə də Minsk Qrupunun fəaliyyətini dəstəkləyəcək mexanizm çərçivəsində Türkiyənin region dövləti və söz sahibi olan bir ölkə olaraq bu prosesdə yaxından iştirakı gözlənilir.
Əminik ki, Türkiyə də bu prosesə öz əsaslı töhfəsini verəcəkdir ki, nəhayət, regionda davamlı sülh və təhlükəsizlik təmin olunsun. O mənada ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən tam şəkildə çıxarılması təmin olunsun. Bu, bütün region dövlətlərinin marağında olan məsələdir”.
H.Hacıyev qeyd edib ki, Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdən çıxararsa, hərbi əməliyyatların dayandırlması və regionda davamlı sülhün və təhlükəsizliyin təmin olnması həyata keçirilə bilər:
“Təəssüf ki, bu günə qədər bunu anlamırlar”.
Follow @7timesaz