Region

“Türkiyə, Azərbaycan və Ermənistan olaraq əlaqələrimizi normallaşdıra bilərik”

“Türkiyə, Azərbaycan və Ermənistan olaraq əlaqələrimizi normallaşdıra bilərik”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Prezidenti İlham Əliyev bütün çətinliklərə baxmayaraq, barış əlini Ermənistana uzatdı, xoş niyyətini nümayiş etdirdi. Hörmətli Prezidentimiz də, biz də dəfələrlə bildirdik ki, əgər davamlı sülh olarsa, Türkiyə, Azərbaycan və Ermənistan olaraq əlaqələrimizi normallaşdıra bilərik”.

7times.az xəbər verir ki, bunu Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısında iştirak edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.

Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yaradılmasına dair memorandumun imzalandığını xatırladan XİN başçısı bildirib ki, “Altılıq formatı” daxil olmaqla bir sıra addımlar atılmalıdır: “İnanıram ki, bu addımlar atıldıqdan sonra bölgədə davamlı sülhü əldə edəcəyik. Bununla da regionda iqtisadi inkişafa nail olmaq mümkündür”.