Siyasət

Türkiyə Azərbaycana yeni səfir təyin etdi

Türkiyə Azərbaycana yeni səfir təyin etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ahmet Demirok Türkiyənin Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

7times.az bu barədə NTV-yə istinadən xəbər verir.

Qeyd edək ki, A.Demirok 1970-ci il avqustun 21-də Türkiyənin Konya şəhərində anadan olub.

O, 2013-ci ildən 2017-ci ilədək ölkəsinin Qətərdəki səfiri olub.

Xatırladaq ki, Erkan Özoralın Azərbaycandakı diplomatik fəaliyyət müddəti başa çatır.