Siyasət

Türkiyə hər an müdaxilə edə bilər – Xankəndi ilə bağlı MESAJ

Türkiyə hər an müdaxilə edə bilər – Xankəndi ilə bağlı MESAJbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bir günlük Azərbaycana səfərə gəlmişdi. Səfər çərçivəsində H.Akar Azərbaycan Prezidenti İlham Əliyev və Müdafiə naziri Zakir Həsənovla görüşüb.

7times.az xəbər verir ki, politoloq Əhəd Məmmədli H.Akarın Azərbaycana gözlənilməz səfərində bir neçə mesajın olduğunu bildirib:

“Birincisi, H.Akarın səfəri son günlər Xankəndi və Hadrutda yaşanan təxribatlarda Türkiyənin Azərbaycanın yanında olduğunu və har an müdaxilə edə biləcəyini gösətir.

İkincisi, H.Akarın Qarabağda atəşkəsə nəzarət üçün Ağdam rayonunda yerləşəcək Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzində fəaliyyət göstərəcək türkiyəli hərbçilərlə görüşməsi, Türkiyənin vəziyyətə nəzarət etdiyi mesajını verir.

Üçüncüsü, səfər həm Ermənistana, həm də Ruisyaya bir mesaj idi ki, əgər ermənilərin təxribatları davam etsə,Türkiyə məsələni kökündən həll etməyə hazırdır. Bunlar çox ciddi mesajlardır”.  /Redaktor.az