Manşet

“Türkiyə iqtisadiyyatına dəyən ziyan 80 milyarddan çoxdur, çətin olacaq biraz” – Ekspert

“Türkiyə iqtisadiyyatına dəyən ziyan 80 milyarddan çoxdur, çətin olacaq biraz” – Ekspertbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarixinin ən böyük fəlakəti ilə üzləşən Türkiyənin verdiyi itkilərin sərhədlərini təəssüf ki, hələlik dəqiq bilmək mümkün deyil. 10 şəhərdə 30 mindən çox insanın həyatını itirdiyi zəlzələ fırtınası soyuq havanın da təsiri ilə canlar almağa davam edir. ABŞ-dan Yaponiyaya qədər dünyanın hər yerindən yardımlarla yaralarını sağaltmağa çalışan Türkiyəni gözləyən digər təhlükə isə zəlzələlərin yaratdığı iqtisadi itkilərdir.

Bununla bağlı 7Times.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli  bildirib ki, zəlzələ Türkiyə iqtisadiyyatının 2 faiz azalması ilə müşahidə oluna bilər: “Türkiyədə baş verən zəlzələ ölkə ərazisinin 10 faizini təşkil edir və ümumi daxili məhsulun 8-9 faizi həmin ərazidə formalaşırdı. Bundan əlavə, həmin bölgə ,əsasən, az sənayeləşmiş bölgə idi. Bura daha çox mətbəx avadanlıqları, polad əritmə və kənd təsərrüfatına yönəlmiş bir sahə idi. Ümumiyyətlə, hazırda Türkiyə iqtisadiyyatına dəyən ziyan beynəlxalq maliyyə qurumlarının ilkin hesablamalarına görə 80 milyarddan çoxdur. Lakin düşünürəm ki, bu rəqəm daha çox artacaq, çünki dəymiş ziyanın hesablanılmasına tam ciddi başlanılmayıb. Proqnozlara əsasən, bu Türkiyə iqtisadiyyatının 2 faiz azalması ilə müşahidə oluna bilər. Bu həm də ümumi daxili məhsulun azalmasına da müəyyən təsirlər göstərəcək.”

E. Kərimli bildirib ki, zəlzələnin ən çox ziyan vuracağı sahələrdən biri də turizm olacaq: “Düşünürəm ki, bu Türkiyə lirəsinin azalması ilə də nəticələnə bilər. Çünki bu investisiya mühitinə də müəyyən təsir göstərəcək. Hər bir ölkədə baş verən fəlakətlər sabitliyə və təhlükəsizliyə təsir göstərir. Bu da ,əsasən, xarici investorları qorxudur. Bu baxımdan Türkiyəyə xarici investroların cəlb olunmasına və turizmə də mənfi təsir göstərəcək. Çünki Türkiyə büdcəsini əsas formalaşdıran amillərdən biri Turizmdir. Ötən il Türkiyə 12 milyarda yaxın turizmdən gəlir əldə etmişdi.”

Ekspert qeyd edib ki, bu fəlakət Türkiyəni xarici borclanmaya apara bilər: “Digər tərəfdən, hesab edirəm ki, bu ziyanları ortadan qaldırmaq üçün Türkiyə xarici borclanmaya da getməyə məcbur olacaq. Çünki öz gücü ilə belə tez zamanda həmin bölgənin bərpa edilməsi, həmin dəymiş zərərlərin ortadan qaldırılması çox çətin olacaq. Baxmayaraq ki, Türkiyənin büdcəsi bu il 245 milyard dollardır və Türkiyə ümumi daxili məhsul üzrə dünyada 19-cu yeri tutur. Hesab edirəm ki, bir müddət bu Türkiyənin həm də geostrateji mövqeyinə də müəyyən təsir göstərəcək. Çünki daxili problemlərin həll olunması üçün böyük güc sərf olunmalıdır. Burada həm maliyyə, həm də siyasi gücdən söhbət gedir. Bu Türkiyənin xarici siyasətində müəyyən müddətdə aktivliyin azalmasına gətirib çıxara bilər.”

Ekspert əlavə olaraq bildirib ki, sosial şəbəkələrdə yeni zəlzələlər ilə əlaqədar yayılan məlumatlar turistləri qorxudur:

“Sosial mediada bir çox saxta məlumatlar yayılır. İstanbulda zəlzələnin olacağı deyilir. Bu da öz növbəsində turistləri Türkiyəyə səfər etməklə bağlı qorxudur. Bu hal turistlərin Türkiyəyə səfər etməsinə də təsit göstərəcək. Ancaq hesab edirəm ki, qısa müddətdə Türkiyə ayağa qalxacaq və Türkiyənin iqtisadi potensialı da onu deməyə əsas verir ki, indiyə qədər olan zəlzələlərin də nəticəsi, həmçinin Türkiyənin geosiyasi mövqeyi və dost ölkələrin sayının çoxluğu, hazırda Türkiyəyə edilən yardmlar da onu deməyə əsas verir ki, tezliklə iqtisadiyyata vurulan zərərlər ortadan qalxacaq.”

7Times.az

Nəzrin