Türkiyənin Milli Müdafiə Nazirliyi 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.
7Times.az xəbər verir ki, bu barədə nazirliyin tvitter hesabında təbrik mesajı paylaşılıb.
Paylaşımda deyilir: “Özümüz bir… Sözümüz bir… Gücümüz bir… Qardaş Azərbaycanı təbrik edir və Azərbaycan xalqını ürəkdən salamlayırıq. “Bir millət, iki dövlət” anlayışı ilə kədərdə də, sevincdə də Azərbaycanla bir və bərabər olmağa davam edəcəyik”.
Follow @7timesaz