Aktual

Türkiyə NATO-dan çıxarılacaq? – İsveç və Finlandiyanın önünü kəsən Ankaraya “qırmızı kart” hədəsi

Türkiyə NATO-dan çıxarılacaq? – İsveç və Finlandiyanın önünü kəsən Ankaraya “qırmızı kart” hədəsibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi Ankaranın İsveç və Finlandiyanın NATO üzvlüyünə etiraz etməsi Türkiyənin bu qurumdan kənarlaşdırılması haqda təklifləri artırıb. 

Məsələn, CNN-nin analitiki Devid Andelman deyib ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə mane olması Türkiyənin Alyansdan kənarlaşdırılması ilə nəticələnə bilər. O öz fikirlərini bununla əsaslandırıb ki, onsuz da Ərdoğan üç il əvvəl Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini aldıqdan sonra Türkiyənin NATO-dan çıxarılması ilə bağlı fikirlər səslənirdi.

Maraqlıdır, İsveç və Finlandiyanın NATO üzvlüyünə mane olmaq Türkiyənin alyansdan kənarlaşdırılması ilə nəticələnə bilər?

Mövzu ilə bağlı Gundem.az-a açıqlama verən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Türkiyənin NATO-dan uzaqlaşdırması inandırıcı deyil:

“Hər şeydən öncə bu addım NATO-nun vacib strateji regionda mövqelərini zəiflədə bilər. Türkiyə NATO-da ABŞ-dan sonra ən böyük orduya malik ölkədir. Bundan başqa, bu ölkə strateji Bosfor boğazına nəzarət edir. Ankara həm də Qara dənizə çıxışı olan bir ölkədir. Bu və digər faktları nəzərə alsaq, demək olar ki, Türkiyənin alyansdan kənarlaşdırılması mümkün deyil. İsveç və Finlandiya NATO üçün vacib ölkələrdir. Bunu heç bir halda danmaq olmaz. Ancaq Türkiyə ilə müqayisədə bu ölkələr bir heçdir. İsveç və Finlandiyanın hazırda hərbi xərcləri çox azdır. Ordusu da Türkiyəyə nisbətən azdır. Mövcud Ukrayna-Rusiya müharibəsi fonunda Ankaranın alyansdan uzaqlaşdırılması NATO-nun kifayət qədər güc itirməsi deməkdir”.