Siyasət

Türkiyə Prezidenti Bakıda azarkeşlərlə görüşdü – VİDEO

Türkiyə Prezidenti Bakıda azarkeşlərlə görüşdü – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda, Türkiyə-Uels matçı üçün Azərbaycanın paytaxtına gələn futbol azarkeşləri ilə görüşüb.

7times.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə azarkeşləri Ərdoğanın qaldığı hotelin qarşısında toplaşaraq “Türkiyə!” şüarları səsləndirib və qardaş ölkənin bayrağını açıb.

Ərdoğan eyvandan həmvətənlərini salamlayıb, daha sonra aşağı enərək azarkeşlərlə foto çəkdirib.

Qeyd edək ki, AVRO 2020 qrup mərhələsi çərçivəsində Türkiyə-Uels matçı bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq. Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan qarşılaşmanı stadionun tribunalarından canlı izləyəcək.