Siyasət

“Türkiyə Rusiyanı şoka saldı” – Qarabağ ətrafında sensasion gəlişmə

“Türkiyə Rusiyanı şoka saldı” – Qarabağ ətrafında sensasion gəlişməbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Krımı Rusiyanın bir hissəsi kimi tanımaqdan imtina etdiyini açıqladı. Bu, yeni bir şey deyil. Yeni olanı Ərdoğanın Moskvanın təsir dairəsində olan arenaya daxil olmasıdır. Bu, Ankaranın açıqlamlarını daha həyəcanverici edir”.

7times.az xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” qəzeti yazıb.

Rus nəşri Türkiyə liderinin Krımı Rusiya ərazisi saymadığını vurğulayıb:

“Ərdoğana görə, Rusiya 1783-cü ildə Krımı ədalətsiz şəkildə Osmanlı İmperiyasından alıb, bu torpaq müasir Türkiyəyə qaytarılmalıdır. Türkiyə keçmiş sovet ərazilərinin bir çoxunda mövqelərini gücləndirib. Türkiyənin dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağı geri qaytarmaq səyləri Moskvanı şoka salıb.

Bu gün Cənubi Qafqazda hamı Rusiyaya qəzəblidir. Bu, 1990-cı illərdən bəri Gürcüstanda belədir, hələ də sona çatmır. Azərbaycanlılar isə Moskvanın həqiqətən İrəvanı dəstəklədiyini düşünürlər. Hansı tərəfə baxsanız, Ərdoğan üstün vəziyyətdədir. Ermənistanla yaxşı münasibətlərə ehtiyacı da yoxdur. Türkiyənin siyasi fəallığı yalnız bu bölgə ilə məhdudlaşmır. Ərdoğan Orta Asiyada da çox fəaldır”.

“Nezavisimaya Qazeta” Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfər etdiyini, bunun Kiyevin Ankara ilə hərbi sahədə dərin inteqrasiyaya hazır olduğunu göstərdiyini yazıb: “Ukrayna liderinin mətbuat ofisinə görə, iki ölkə keçən cümə yüksək texnologiyalı silah istehsalı sahəsində işbirliyinə imkan verən müqavilələr imzaladı”.teleqraf.com