Siyasət

Türkiyə XİN Azərbaycanı təbrik edib

Türkiyə XİN Azərbaycanı təbrik edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə təbrik edib.

7Times.az xəbər verir ki, xarici siyasət idarəsinin bəyanatında qeyd olunub:

“Dünən (1 sentyabr) keçirilmiş Milli Məclisə seçkilərin qardaş Azərbaycan üçün xeyirli olmasını diləyirik. Sözügedən parlament seçkilərinin Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçirilməsi tarixi əhəmiyyət kəsb edir. İnanırıq ki, Azərbaycan xalqının öz iradəsini ortaya qoyduğu seçkilər Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına öz töhfəsini verəcək”.