Gündəm

Türkiyə zəlzələsi niyə bu qədər dağıdıcı oldu? – “Birincisi vurdu, ikincisi məhv etdi”

Türkiyə zəlzələsi niyə bu qədər dağıdıcı oldu? – “Birincisi vurdu, ikincisi məhv etdi”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyədə baş verən zəlzələnin dünyada nadir zəlzələlərdən biri olmasının səbəbi onun maqnitudasıdır. Belə zəlzələlərin çoxu indiyə kimi dünya üzrə yaşayış olmayan ərazilərdə baş verib. Buna görə də bu təbii fəlakətlər yüksək zərər kimi hesablanmayıb. Lakin əsrin zəlzələnin ən mühüm cəhətlərindən biri onun 10 əyaləti və yaşayış məntəqələrinin cəmləşdiyi bir çox rayonlarda baş verməsidir”.

Sfera.az xəbər verir ki, bunu türkiyəli professor Okan Tüysüz “Sabah”a fəlakətin səbəbləri barədə danışarkən deyib.

Onun sözlərinə görə, dağıntıların miqyasının ikiqat zəlzələnin olması ilə bağlılığı yüksəkdir:

“Lakin geologiya tarixində bu cür dağıntılı zəlzələlər nadir hallarda baş verib. Düşünün ki, birinci zəlzələnin vurduğu ziyan ikinci dəfə artıb. Yəni, birincinin vurduğu ziyanı ikincisi məhv etdi. Digər səbəb isə “zəlzələnin sürətlənməsi” dediyimiz məsələdir. Bu, yer səthində zəlzələnin yaratdığı sarsıntının gücüdür. Bu sürətlənmənin göstəricisi (zəlzələ təhlükəsi) Türkiyə xəritəsində gözləniləndən xeyli yüksəkdir. Buna nəzarət edən bir çox amillər var. Bir dəfə yeraltı təkan baş verəndə ikinci zəlzələnin olma ehtimalı artır. İkincisi, bu, yerlə əlaqəlidir. Dağılmış şəhərlərə baxdığımızda onların əhəmiyyətli bir hissəsinin çox zəif yerdə – sürüşkən torpaq üzərində yerləşdiyini görürük. Zəif torpaq zəlzələ dalğalarını gücləndirir və onları binalara ötürür”.

Okan Tüysüzün fikrincə, vacib bir məqam da odur ki, bu ərazilərdə zəlzələnin uzun müddətdir baş verməməsidir: “Bu ərazilərdə sonuncu böyük miqyaslı zəlzələ 1513-cü ildə olub. Buna görə də 510 ildən bəri stressin artması müşahidə olunub. Stressin yığılması nə qədər çox olarsa, zəlzələnin sürətlənməsi bir o qədər də artar. Eyni zamanda sürətlənmə artdıqca binanın gücü azalır”. (Qafqazinfo)