“Türkiyədə inflyasiyanın azalması iyunda başlayacaq”.
7Times.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz NTV kanalında deyib.
“Biz inflyasiya ilə mübarizə üçün keçid dövründə müəyyən addımlar atmışıq. Onun azalması may ayından sonra başlayacaq, sonrakı aylarda da davam edəcək və ilin sonuna inflyasiya 38%-ə düşəcək. 2026-cı il üçün inflyasiya hədəfini 10%-dən aşağı salmışıq, o zaman tək rəqəmliyə çatacağıq”, – deyə o qeyd edib.
Türkiyənin Maliyyə Nazirliyinin rəhbəri Mehmet Şimşək daha əvvəl bildirib ki, ölkə iqtisadiyyatı üçün ən pis dövr arxada qalıb və iyun ayından bu yana deinflyasiya prosesinə daxil olur.
Qeyd edək ki, Türkiyədə may ayında inflyasiya 75,4 faiz 5 faiz (illik hesablamada) təşkil edib.
Follow @7timesaz