Dünya

Türkiyədə prezident və parlament seçkiləri: Son durum açıqlandı

Türkiyədə prezident və parlament seçkiləri: Son durum açıqlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Səsvermə prosesi problemsiz davam edir”.
7Times.az  xəbər verir ki, bunu Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında deyib.
O səsvermə prosesinin bundan sonra da promlemsiz və şəffaf keçiriləcəyinə ümidini ifadə edib: “Bu gün həm də demokratiya bayramıdır. Seçkilərin bütün namizədlər üçün uğurlu olmasını arzu edirəm”.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, seçkilərin təhlükəsiz şəraitdə keçirilməsi üçün lazımi tədbirlər görülüb: “Hazırda müxtəlif bölgələrdə təhlükəsizlik qüvvələrinin 601 min əməkdaşı fəaliyyət göstərir. Şəxsi heyətdən əlavə 79 helikopter və 8 təyyarə hazır vəziyyətdədir. Məktəblərin, seçki məntəqələrinin təhlükəsizliyinin təmin olunması üçün lazım gələni etmişik”.
Süleyman Soylunun sözlərinə görə, zəlzələ baş vermiş ərazilərdə də səsvermə prosesi davam edir: “Proses problemsiz başlayıb və davam edir. İnanıram ki, Türkiyə ən düzgün qərarı verəcək. Millətimiz üçün xeyirli və uğurlu olsun”.
Ədliyyə naziri Bekir Bozdağ bildirib ki, ölkənin hər tərəfində seçkilərin demokratik şəraitdə keçəcəyinə əmindir: “Bu gün xalqımız övladlarımız, ailələrimiz, gələcəyimiz üçün qərar verəcək. Bu qərarın xeyirli olmasını arzu edirəm. Xalqımız iradəsini ortaya qoyacaq. Seçkilərin nəticəsinin Şanlıurfa, Türkiyə və millətimiz üçün xeyirli olmasını arzu edirəm”.
Prezidentliyə namizədlərdən CHP lideri Kamal Kılıçdaroğlu Ankarada seçki məntəqəsində həyat yoldaşı Selvi Kılıçdaroğlu ilə bilikdə səs verib. “Ata İttifaqı”nın namizədi Sinan Oğan də səsvermədə iştirak edib.

Daxili işlər naziri Süleyman Soylu İstanbulda, ədliyyə naziri Bekir Bozdağ isə Şanlıurfada səs verib. XİN rəhbəri Mövlud Çavuşoğlu Antalyada səsvermə hüququndan istifadə edib. İYİ Partiyanın sədri Meral Akşener də İstanbulda səsverməyə qatılıb.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.
Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır: “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.
“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.
“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.
Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.
Qaynarinfo