Siyasət

Türkiyədən Azərbaycan dəstək: Sərhədə qoşun yeritdi – Xüsusi təyinatlılar, qırıcılar, PUA-lar…

Türkiyədən Azərbaycan dəstək: Sərhədə qoşun yeritdi – Xüsusi təyinatlılar, qırıcılar, PUA-lar…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə İranla sərhəd bölgələrinə əlavə canlı qüvvə və hərbi texnika göndərib.

Metbuat.az-a bu barədə politoloq Samir Hümbətov açıqlama verib. Politoloq deyir ki, Türkiyənin bu addımı Azərbaycanla sərhəd bölgələrində hərbi təlim keçirən İrana dəqiq cavabdır.

“Bu addım Türkiyənin İrana verdiyi ən gözəl mesajlardan biridir. İrandakı bəzi dairələr daima həm Azərbaycan, həm Türkiyəyə qarşı əks propaqanda ilə məşquldurlar. Türkiyə demək istəyir ki, “İran, sən unutma ki, Azərbaycanla bizim aramızda hərbi sahədə də əməkdaşlıq müqaviləsi var. Yəni ən çətin vəziyyətdə belə biz Azərbaycanın yanındayıq.” Qeyd edim ki,

Türkiyə İranla sərhədə xüsusi təyinatlılar, motoatıcı və zirehli-tank birləşmələrini yollayıb. Bundan başqa, İranla sərhədin yaxınlığında Türkiyə Hərbi-Hava Qüvvələrinin qırıcı və bombardmançı təyyarələri, habelə “Bayraktar” və “Akıncı” zərbə PUA-ları göndərib. Düşünürəm ki, Türkiyənin İrana verdiyi bu mesaj İrandakı bəzi dairələrin diqqətini olduqca çəkəcəkdir”.