Hərbi

Türkiyənin avtomatik minaatan kompleksləri…

Türkiyənin avtomatik minaatan kompleksləri…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hissə 1. 81 mm-lik ALKAR minaatanları
Müdafiə sahəsində xaricdən asılılığı minimuma endirməkdə qərarlı olan Türkiyə müdafiə sənayesi növbəti uğura imza ataraq, ASELSAN şirkəti tərəfindən hazırlanan ALKAR avtomatik minaatan kompleksinin yeni konfiqurasiyasının hazırlanması barədə məlumat verib. ALKAR daha əvvəl 81 mm-lik, sonra isə 120 mm-lik verisyada hazırlanıb. Bu dəfə oxuculara iki hissədən ibarət analizlər təqdim ediləcək. Birinci hissədə 81 mm-lik baza versiyası, 2-ci hissədə isə 120 mm-lik modernləşdirilən versiya barədə əldə etdiyimiz məlumatları, o cümlədən bu silahların təyinatı, bir birindən fərqli cəhətləri, üstün və zəif tərəfləri, taktiki texniki xüsusiyyətləri və s. barədə detalları oxucuların diqqətinə çatdırmağa cəhd edəcəyik.
81 mm-lik ALKAR minaatan kompleksi tamamilə ASELSAN şirkəti tərəfindən hazırlanıb. İstehsalçı Azərbaycanda yaxşı tanındığı üçün barəsində təkrara məlumat verilməyəcək.
Üstünlükləri
ALKAR bir çox əsas və əlavə sistemlərlə təchiz edilən, fərqli şassilərə inteqrasiya oluna bilən universal və müasir minaatan kompleksidir.
81 mm-lik minalardan istifadə edən ALKAR minaatan kompleksi aşağıdakı üstün imkanlara malikdir:
Unikal geri təpmə mexanizmi;
Tırtıllı və təkərli şassislərə inteqrasiya imkanı;
81 mm-dən 120 mm-ə qədər fərqli minaatan komplekslərinin komanda idarəetmə məntəqələri ilə intreqrasiya imkanı;
Kompleksin ümumi xüsusiyyətləri
– Hər növ yerli/xarici 81 mm-lik yivli və ya yivsiz minaatanların lüləsinin kompleksə inteqrasiya imkanı;
– Modul tipli arxitekturası sayəsində tırtıllı vasitələrə, taktiki təkərli nəqliyyat maşınlarına və sabit platformalara yerləşdirilmə imkanı;
– Atış zamanı geri təpmə mexanizmi platformaya ötürülən atəş yükünü minimuma endirilməsi sayəsində kompleksin daha çox vasitələrə inteqrasiya imkanı;
– Hər növ 81 mm-lik minaatan sursatlardan istifadə qabiliyyəti;
– Avtomatik rejimdə hesablanan atəş əmrinə uyğun olaraq hədəfə dəqiq tuşlanma imkanı;
– Ətalətli Yerləşdirmə Sistemi (IPS) ilə mövqedə yerləşmək və lülənin hədəfə dəqiq yönləndirilməsi;
– Yerinə yetiriləcək vəzifələrə uyğun olaraq yerdəyişmə üçün mövqe, istiqamət, hündürlük məlumatlarının hazırlanması və xəritədə marşrutun çəkilməsi;
– Tapşırıqların rəngli və qrafik şəkildə istifadəçiyə təqdim edən interfeys;
– “NATO Armaments Ballistic Kernel” (NABK)  ilə hədəfin ballistik parametrlərinin sürətli vədəqiq hesablanması;
– İlkin sürətin təyin edilməsi;
– Rəqəmsal rabitə vasitəsilə meteoroloji məlumatların qəbul edilməsi;
– İlkin sürət və meteoroloji məlumatlardan istifadə etməklə dəqiq ballistik hesablama imkanı;
– Bütün minaatan atəşi tapşırıqlarının yerinə yetirilməsi imkanı;
– Döyüş əməliyyatları zonasının bütün  elementlərinin/məlumatlarının rəqəmsal xəritədə göstərilməsi;
– İstənilən taktiki hərbi strukturda mövcudluq imkanı;
– ADOP-2000 ilə inteqrasiya olunaraq tapşırıqları yerinə yetirmək imkanı;
– Ön müşahidə, tuşlama radarları və TOMES meteoroloji sistemlərlə inteqrasiya imkanı;
– Mexaniki və avtomatik rejimlərdə atəş açmaq imkanı;
– Atəşin istənilən anda dayandırılması.
Taktiki-texniki xüsusiyyətlər 
Lülə çapı: 81 mm;
Lülə tipi: hamar və yivsiz;
Atəş məsafəsi:
– minimum: 100 m;
– maksimum : 6400 m;
Lülə uzunluğu: 1600 mm;
Atəşə hazırlıq müddəti: < 1 dəqiqə;
Mövqenin dəyişməsi üçün hazırlıq müddəti : < 10 saniyə;
Atəş sektorunun məhdudiyyətləri
– yan tərəflərə görə: ± 180 dərəcə;
– yüksəkliyə görə: 45 – 70 dərəcə.
Ölçüləri: 
– eni: 856 mm;
– uzunluğu: 1850 mm;
– hündürlüyü: 1020 mm.
Davamı var…
Ədalət Verdiyev, hərbi ekspert