Siyasət

“Twitter” Ceyhun Bayramovun hesabını blokladı – İzləyicilər hərəkətə keçdi

“Twitter” Ceyhun Bayramovun hesabını blokladı – İzləyicilər hərəkətə keçdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun “Twitter” hesabı bloklanıb.

Son vaxtlar istifadəçilərinə qarşı aqressiv mövqe sərgiləyən və onların hüquqlarını tez-tez pozan sosial şəbəkə rəhbərliyi Azərbaycan hakimiyyətində təmsil olunan rəsmi şəxsin profilini də “Twitter”in qaydalarını pozduğu üçün ləğv edib.

Qeyd edək ki, “Twitter” istifadəçiləri kütləvi aksiya başladıblar və sosial şəbəkənin texniki heyətinə müraciət ünvanlayıblar ki, müharibə aparan ölkənin xarici İşlər nazirinin rəsmi hesabının bağlanması səhvdir.

Nəticədə Ceyhun Bayramovun “Twitter” hesabı bərpa edilib.

Qeyd edək ki, Ceyhun Bayramovun 77 min izləyicisi var idi.