Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-la Kiyevə silah, o cümlədən uzaqmənzilli raketlərin tədarükü üçün böyük müqavilə bağlamaq planlarını açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
“Biz prezidentlə (ABŞ Donald Tramp – red.) əsas məqamları müzakirə etdik və razılaşdıq. İndi biz əməli icraata keçirik”, – o deyib.
Nəşrin məlumatına görə, müqavilə çərçivəsində silahların dəyəri təxminən 90 milyard dollar təşkil edəcək.