Hərbi

Ukrayna müharibəsində 542 uşaq həlak olub

Ukrayna müharibəsində 542 uşaq həlak olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə 542 ukraynalı uşaq həlak olub.

 

7Times.az  xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun “Telegram” hesabında məlumat verilib.

 

“2022-ci ilin fevralın 24-dən başlayan Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində indiyə qədər Ukraynada 542 uşaq həlak olub, 1289 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – məlumatda deyilir.

 

Baş Prokurorluq bildirib ki, bu rəqəm yekun deyil, döyüşlərin davam etdiyi ərazilərdə, müvəqqəti işğal altında olan ərazilərdə və yeni azad olunan ərazilərdə araşdırmalar davam edir.