“Ukrayna ordusu dağılmaq ərəfəsində olduğu və Zelenski rejimi legitimliyini və sövdələşmə qabiliyyətini itirdiyi bir vaxtda biz bütün sahələrdə təşəbbüsü saxlayırıq və məqsədlərimizə çatmağa yaxınıq”.
7Times.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin deyib.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin iddia edib ki, Moskvanın “xüsusi hərbi əməliyyatı” məqsədlərinə yaxınlaşır, Ukrayna ordusu isə potensial süqutla üz-üzədir.
Narışkin Rusiyada qeyri-sabitlik yaratmaq cəhdlərinin “uğursuzluq” olduğunu bəyan edərək, “Xalq anlayır ki, biz Kiyev xuntasına qarşı deyil, kollektiv Qərbə qarşı mübarizə aparırıq və bu münaqişədə azadlığımız və suverenliyimiz təhlükə altındadır”, – deyə bildirib.
Narışkin qeyd edib ki, gərginliyin daha da artması Vaşinqton və Londonun hədəflədiyi kimi təkcə Rusiyanın resurslarını tükəndirməyəcək, həm də Qərbi öz məğlubiyyətinə yaxınlaşdıracaq.
“AzPolitika.info”
Follow @7timesaz