Gündəm

Ukrayna savaşında gözlənilən SSENARİ: “Bu tarixdən sonra qalib bəlli olacaq”

Ukrayna savaşında gözlənilən SSENARİ: “Bu tarixdən sonra qalib bəlli olacaq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada səfərbərlik davam edir. Bu o deməkdir ki, bu ölkə insan itkisinə rəğmən, hansı yolla olur-olsun müharibədə qalib gəlmək istəyir”.

Bunu Sfera.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib. O, qeyd edib ki, 24 fevral tarixinə qədər Rusiyanın növbəti hücum ehtimalı var:

“Kreml səfərbərliklə topladığı insanları ikinci böyükmiqyaslı hücuma cəlb etmək istəyir. Rusiyanın məqsədi Ukrayna ordusunun gözünü qorxutmaqdan ibarətdir. Çünki ordunun psixoloji olaraq zəifləməsi onun məğlub olmasını sürətləndirən amillərdəndir. Lakin hesab etmirəm ki, Ukraynanı məğlub etmək asan məsələdir. Çünki onlar yeni silahlarla təchiz edilir və Rusiyanın hücuma başlayacağı müddətə qədər həmin texnikalar Ukraynaya çatdırıla bilər”.

Müsahibimiz qeyd edib ki, Ukrayna 1-2 milyondan çox qoşun yığıb və bütün cəbhə böyu döyüşür:

“Əlavə olaraq da Ukraynada yenidən səfərbərlik var. Belə olan halda, 24 fevralda Rusiya tərəfindən yeni bir hücum başlayacaqsa, bu, əslində tərəflərin hansı vəziyyətə gələcəyini konkret şəkildə göstərə bilər. Burada məğlub olan tərəf tam şəkildə uduzacaq. Çünki hər iki tərəf tam gücünü toplayıb hücuma keçməyə hazırlaşır. Müharibənin ssenarisi Rusiya hücum edəndən sonra bəlli olacaq”.