Dünya

Ukrayna tərəfi Rusiyanın “Taxıl sazişi”nə qayıtmasına aydınlıq gətirdi: “Səbəb zəmanətlərdə deyil”

Ukrayna tərəfi Rusiyanın “Taxıl sazişi”nə qayıtmasına aydınlıq gətirdi: “Səbəb zəmanətlərdə deyil”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskva “Taxıl sazişi”nə “kimsə ona bəzi zəmanətlər verdiyi üçün” qayıtmayıb. Ona görə qayıdıb ki, BMT baş katibi və Türkiyə prezidenti tərəfindən ona çox sayda pərdəarxası diplomatik təsirlər göstərilib”.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bildirib.

Nazir həmçinin təsdiq edib ki, Kiyev, həqiqətən də, “Taxıl sazişi” çərçivəsində humanitar dəhlizlərdən hərbi məqsədlər üçün istifadə etməyəcəyinə dair söz verib.

“Biz heç vaxt yaşıl dəhlizdən hərbi məqsədlər üçün istifadə etməmişik və bunu bir daha təkrarlamağa hazırıq. Biz bu dəhlizdən hərbi məqsədlər üçün istifadə etmək niyyətində deyilik”, – deyə Kuleba vurğulayıb.

Öz növbəsində Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko qeyd edib ki, Kiyev “Taxıl sazişi” üzrə əlavə öhdəliklər götürməyib. Çünki əvvəllər də heç vaxt taxıl marşrutunu təhlükə altına atmayıb.

“Dövlətimiz “Taxıl sazişi”ndə mövcud olan öhdəliklərdən kənara çıxan heç bir yeni öhdəlik götürməyib”, – deyə Nikolenko bildirib.