Dünya

Ukrayna XİN Qarabağda keçirilmiş qondarma “prezident seçkisi” ilə bağlı bəyanat yaydı

Ukrayna XİN Qarabağda keçirilmiş qondarma “prezident seçkisi” ilə bağlı bəyanat yaydıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Xarici İşlər Nazirliyi sentyabrın 9-da Azərbaycanın Qarabağ ərazisində keçirilmiş qondarma “prezident seçkiləri”ni pisləyib.

APA-nın xəbərinə görə, bəyanat Ukrayna XİN-nin saytında yerləşdirilib.

 

Qeyd edilib ki, bu qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və nəticələri etibarsızdır:

“Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir”.