Gündəm

Ukraynada 9 Azərbaycan vətəndaşı saxlanıldı

Ukraynada 9 Azərbaycan vətəndaşı saxlanıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna polisi Xerson vilayətinin “Velyki Kopani” topdansatış bazarında qanunsuz miqrantlara qarşı reyd keçirib.

7Times.az  Ukrayna KİV-nə istinadən xəbər verir ki, “Miqrant” adlı əməliyyat zamanı 9 nəfər saxlanılıb. Onlar Azərbaycan vətəndaşlarıdır.

Xerson polis idarəsinin məlumatına görə, saxlanılanlar haqqında inzibati cərimə nəzərdə tutulub və onlar deportasiya olunacaqlar.