Aktual

Ukraynada hərbi əməliyyatlar nəticəsində 387 uşaq yaralanıb

Ukraynada hərbi əməliyyatlar nəticəsində 387 uşaq yaralanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək 387 uşaq müxtəlif dərəcəli xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun teleqram kanalında məlumat yayılıb.

“Ölənlərin sayı dəyişməyib – 208 nəfər, yaralıların sayı isə artıb – 387 nəfər”, – məlumatda deyilir.

Yuvenal prokurorların məlumatına görə, uşaqlar ən çox Donetsk vilayətində xəsarət alıblar – 120 nəfər. Eyni zamanda, Kiyev vilayətində 113, Xarkov vilayətində 91, Çerniqov vilayətində 66, Kiyev şəhərində 16 uşaq yaralanıb.

Rusiya Silahlı Qüvvələrinin bombardmanı və açdığı atəşlər nəticəsində 1 500 təhsil müəssisəsi zərər görüb, onlardan 102-si tamamilə məhv edilib.